Rövnəq Abdullayev getdi, yeni prezident futbolumuzu dirildəcəkmi? - VİDEO

6 Aprel 11:20 Problem 861
Rövnəq Abdullayev getdi, yeni prezident futbolumuzu dirildəcəkmi? - VİDEO

«Neftçi»nin veteran futbolçusu Asəf Namazov LAF TV-nin qonağı olub.

72 yaşlı keçmiş «5 nömrə» burada Ləman Ələşrəfqızının suallarını cavablandırıb.

O, AFFA-nın yeni prezidenti Rövşən Nəcəfdən gözləntilərinin olduğunu bildirib. Qeyd edib ki, gələn həftə onun köməkçilərindən biriylə görüşməyi planlaşdırır.

Burada məqsədinin federasiyanın prinsipləriylə bağlı olduğunu deyib. Belə ki, Namazov AFFA-da islahatların aparılmasını vacib sayıb,

Elxan Məmmədovdan qalmış kadrların, həmçinin damarında erməni qanı axanların qurumdan uzaqlaşdırılmasının vaxtının çatdığını söyləyib.

Müsahib Rövnəq Abdullayevin 16 illik fəaliyyəti dönəmində AFFA-nın kifayət qədər maxinasiyaya bulaşdığını iddia edib, əlini çirkli işlərə bulaşdıranların adlarını çəkib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti