"Yaxşı xəbər odur ki… Nə vaxta qədər olmayacağını gözləyəcəyik"

6 Aprel 01:20 Problem 548
"Yaxşı xəbər odur ki… Nə vaxta qədər olmayacağını gözləyəcəyik"

"Dinamo"nun azərbaycanlı hücumçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib.

Sportinfo.az "Kicker"ə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardının zədəsi ciddi deyil və dizində problem aşkarlanmayıb.

Onun maksimum 4 həftə meydanlarda olmayacağı bildirilir. Üstəlik, bərpa prosesi yaxşı gedərsə, daha tez komandaya qoşulmaq şansı da var.

Komandanın baş məşqçisi Dirk Kunert Dadaşovun zədəsinin ciddi olmaması xəbərini belə şərh edib:

"Yaxşı xəbər odur ki, Dadaşovun çarpaz bağları zədələnməyib. Amma yenə də bu, bizim üçün böyük zərbədir.

Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur. Nə vaxta qədər olmayacağını gözləyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti