“Neftçi” əsas heyətin iki futbolçusunu itirdi – Müvəqqəti problem

12 Aprel 16:05 Problem 974
“Neftçi” əsas heyətin iki futbolçusunu itirdi – Müvəqqəti problem

Premyer Liqanın 30-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

7 komandadan cəzalı duruma düşən 9 futbolçu meydana çıxmaqdan məhrumdur. Bir məşqçi isə texniki zonada yer ala bilməyəcək.

Ən ağır zərbə “Neftçi”ylə “Qəbələ”yə dəyib. “Ağ-qaralar”ın yerli futbolçu statusuna sahib iki futbolçusu – Filip Ozobiçlə Höccət Haqverdi sarı vərəqə cəzalısıdır.

“Qəbələ”dən eyni səbəbdən əsas heyətin vacib oyunçuları Zurab Oçiqava ilə Murad Musayev “Turan Tovuz”la qarşılaşmanı kənardan izləyəcək.

Cəzalıların ümumi siyahısı belədir:

Filip Ozobiç, Höccət Haqverdi (hər ikisi “Neftçi”), Zurab Oçiqava, Murad Musayev (hər ikisi “Qəbələ”), Nir Bardea (Səbail), Junior Martins (Kəpəz), Vüsal Şabanov (Araz-Naxçıvan), Ayaz Quliyev (Sabah), Alexandro Serrano (Turan Tovuz), Seymur Rəhimov (“Sumqayıt”, məşqçi)

Aprelin 12-də “Sumqayıt” – “Zirə”, ertəsi “Qəbələ” – “Turan Tovuz”, “Neftçi” – “Araz-Naxçıvan”, aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti