Seneqallı "Qarabağ"a qarşı oynaya bilməyəcək

2 Oktyabr 2022 02:30 Problem 600
Seneqallı "Qarabağ"a qarşı oynaya bilməyəcək

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos"un zədəli futbolçusu Usseyn Banın qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı bəlli olub.

Sportinfo.az xəbər verir ki, seneqallı müdafiəçi minimum 10 gün komandasına kömək edə bilməyəcək.

Belədə, Banın AL-in üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı matçda meydana çıxa bilməyəcəyi dəqiqləşib.

​"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti