TƏCİLİ! Zelenskidən Putinə ŞOK TƏHDİD - Ukraynanın cavabı ağır olacaq

30 Sentyabr 13:30 Problem 579
TƏCİLİ! Zelenskidən Putinə ŞOK TƏHDİD - Ukraynanın cavabı ağır olacaq

Aylarla Rusiyanın işğalına müqavimət göstərən Ukrayna qüvvələri Qərbdən gələn silahların köməyi ilə hücuma keçib.

Rusiyanın buna cavabı isə Donetsk, Luqansk, Xerson və Zaporojyedə referendum keçirmək qərarı olub.

Referendumun "nəticələri" elan edildikdən sonra Rusiya hərəkətə keçib. İlk rəsmi addım Xerson və Zaporojye vilayətlərinə atılıb. Rusiya Prezidenti Vladimir Putin 2 vilayətin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.

Gərginliyin pik həddə çatdığı bir vaxtda Kiyevdən Moskvaya cavab gəlib.

Ukrayna lideri Volodimir Zelenski hədələyici bəyanatla çıxış edib. O, Rusiyanın bu addımına “çox sərt” qarışılıq verəcəklərini açıqlayıb.

ABŞ prezidenti Cozef Bayden də Birləşmiş Ştatlar Rusiyanın Ukraynanı ilhaq etmək cəhdini “heç vaxt” qəbul etməyəcəklərini bildirib.

RUSİYANIN REFERENDUM PLANI

Qeyd edək ki, Moskvada çıxan “Vedomosti” qəzeti referendumun davam etdiyi dörd bölgənin Krımla birlikdə Rusiyanın doqquzuncu federal bölgəsi olacağını yazıb.

Qəzet bu iddianı adı açıqlanmayan rusiyalı senatora və Krım administrasiyasına yaxın mənbəyə əsaslanaraq yayımlayıb.

Səsvermə Qərb dövlətləri və Kiyev tərəfindən "saxtakarlıq" kimi qiymətləndirilib və nəticələrin tanınmayacağı elan edilib.

Xatırladaq ki, Moskva 2014-cü ildə işğal etdiyi Krımda da analoji referendum keçirib və bu torpaqlar 97 faiz lehinə səslə Rusiyaya ilhaq edilib.

Lakin bir çox ölkələr hələ də Krımı Ukrayna ərazisi kimi tanıyır.

Nigar Cəfərl,

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 03:50 GÖZƏL futbol - FOTOLAR