“Mən 10-15 ildir ancaq futbolun inkişafını eşidirəm” – Nazirdən REAKSİYA - VİDEO

22 Sentyabr 2022 18:00 Problem 897
“Mən 10-15 ildir ancaq futbolun inkişafını eşidirəm” – Nazirdən REAKSİYA - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov “Baku TV”nin qonağı olub.

Sözügedən kanalda yayımlanan və Tural Müseyibovun aparıcısı olduğu “Üzbəüz” verilişində cənab nazir futbolla bağlı danışıb.

O, təcrübəli həmkarımızın “vaxtilə sizə Azərbaycan futbolunun səviyyəsinin nə vaxt artacağı ilə bağlı sual veriləndə “bbilmirəm” demişdiniz.. Hələ də o fikirdə qalırsınız?” sualını cavablandırıb:

“Futbol dünyada ən çox sevilən idman növüdür. Mənə ən çox verilən suallar da elə futbolla bağlıdır.

Təbii ki, söhbətin nədən getdiyini bilirik. Futbolumuzdakı çətinliklərdən xəbərdarıq, həm Azərbaycan çempionatında, həm milli komandalarda.

AFFA ilə sıx əməkdaşlıq etməyə, vəziyyətin yaxşılaşması üçün onlara dəstək olmağa, kömək etməyə çalışırıq. Burada söhbət klublardan, stadionlardan gedir. Bilirəm, kifayət qədər çətinliklərimiz var.

10-15 ildir ancaq uşaq futbolunun inkişafını eşidirəm. Hə, uşaq futbolunun inkişafı necə olmalıdır?

Kim onu tətbiq etməlidir, ümumiyyətlə, necə olacaq? Bu gün klublarda futbolçu yetişdirən hansı akademiyalardan danışa bilərik?

Həllinə çalışmalı olduğumuz kifayət qədər mövzular var və onları da edirik. Amma birdən-birə alınmayacaq. Çünki yaranmış şəraitdən asılı olan şeylər deyil. Bir az vaxt tələb edir”.

İdman naziri postunda Azad Rəhimovu əvəzləyən Fərid Qayıbov qatı futbol azarkeşi kimi tanınır və “Qarabağ”ın bütün oyunlarını diqqət mərkəzində saxlayır.

HƏBİB / SPORTİNFO.AZ

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti