“Millinin heç bir nəticə verməyən məşqçisi görəsən, “Qarabağ”ın “Nant”la oyununa baxıb?”

22 Sentyabr 2022 00:40 Problem 845
“Millinin heç bir nəticə verməyən məşqçisi görəsən, “Qarabağ”ın “Nant”la oyununa baxıb?”

"Qarabağ"ın futbolçusu Qara Qarayevin Azərbaycan millisinə dəvət edilməməsi müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, tanınmış qiraətçi Xəzər Süleymanlı da məsələ haqda sosial şəbəkədə paylaşım edib.

O, Qarayev barədə bunları yazıb:

"Az-çox illərdir ki, futbola baxırıq. Balaca da olsa, anlayışımız var, başa düşürük də.

Millinin heç bir nəticə verməyən məşqçisi görəsən, “Qarabağ”ın “Nant”la oyununa baxıb?

Həmin oyunu üst səviyyədə keçirmiş futbolçunu, özü də milli oyunçular arasında xüsusi xarakterə sahib, samballı və millidəki ab-havaya təsir edəcək Qara Qarayevi milliyə çağırmamağın açıqlaması nədir?”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu