“Qırmızı xətt”ə çatdı – “Bu, düşmənçiliyin pik həddi olacaq”

15 Aprel 12:50 Problem 4 061
“Qırmızı xətt”ə çatdı – “Bu, düşmənçiliyin pik həddi olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə qatılmaqdan imtina etsə, bu, düşmənçiliyin pik həddi olacaq.

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, növbəti anti-Rusiya addımını planlaşdıran Paşinyan hələ Putinin mayda Moskvada keçiriləcək andiçmə mərasimində iştirakla bağlı qərar verməyib:

“Həmçinin Ermənistan tərəfinin Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirakla bağlı qərarı da yoxdur. Paşinyanın özü ötən günlərdə jurnalistlərə bildirib ki, bu qərarın qəbulu müxtəlif və bir çox hallardan asılıdır. Əslində, bu, Qərbin təzyiqindən asılıdır.

Paşinyan nəyin bahasına olur-olsun Rusiya ilə əlaqələri kəsməyə məcburdur. Digər yandan, erməni tərəfinin bu davranışları anlaşılmazdır. Əvvəlcə KTMT, daha sonra MDB-dən narazılığını bildirən Paşinyan söyəyir ki, bu baxımdan problem görmürlər, məsələn, Avrasiya İqtisadi Birliyinin verdiyi imtiyazlardan tam yararlanırlar.

Rusiya prezidentinin andiçmə mərasiminə gəlincə, bu tədbirdən yayınmaq Ermənistan hakimiyyətinin ən yüksək düşmənçiliyi olacaq.

Sonda Paşinyanın MDB-nin qeyri-rəsmi konfransı və Avrasiya İqtisadi Birliyinin sammiti üçün ötən ilin dekabrın sonunda Sankt-Peterburqa getdiyi kimi, son anda getmək barədə qərar verəcəyi də istisna edilmir.

Belə olan halda Paşinyan özü Qərb sponsorları ilə hesablaşmalı, onları bunun düzgün addım olduğuna inandırmağa çalışmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti