Ukraynaya ZƏMANƏT VERDİ: "Lazım olan müddətə kimi..."

21 İyun 2022 18:10 Problem 855
Ukraynaya ZƏMANƏT VERDİ: "Lazım olan müddətə kimi..."

"Putinin Ukraynaya qarşı ağır geosiyasi nəticələri olan vəhşi və əsassız aqressiyası, deyəsən ilk növbədə, onun fiziki cəhətdən məhv etmək qərarına gəldiyi Ukraynaya qarşı yönəlib.

Amma Avropa İttifaqı Ukraynaya bu mübarizəyə tab gətirməyə kömək edəcək".

Bunu Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin ali nümayəndəsi Cozef Borel bildirib.

“Söhbət ərzaq böhranından və müharibənin geosiyasi nəticələrindən gedir. Amma unutmaq olmaz ki, müharibə davam edir, bu, xoşagəlməz reallıqdır. Müharibə davam edir və davam edəcək, insan həyatının ölçüsündə hər gün yüksək qiymət alır. Rusiya ordusu hər gün Ukraynada həm mülki, həm də hərbi olan bütün hədəfləri bombalayır. Belə görünür ki, Putin Ukraynanı fiziki cəhətdən məhv etmək istəyir. Ukrayna dövləti ideyasını məhv etmək üçün infrastrukturu və onun şəhərlərini məhv edir. Ona görə də biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - Borrel bildirib.

O qeyd edib ki, Lüksemburqda keçirilən görüşdə avropalı nazirlər Ukraynanın Avropa Sülh Fondunun maliyyəsi ilə Aİ və üzv dövlətlərin hər birindən aldığı hərbi yardımı nəzərdən keçiriblər.

“Bütün üzv dövlətlər bu səylərdə iştirak edir və biz lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcəyik. Eyni zamanda, ərzaq ixracına icazə verə biləcək atəşkəsə çağırırıq. Əgər kimsə insanların yeməli olduğu yeməkləri saxlayırsa, aclıqdan müharibə aləti kimi istifadə edir. Və bunin bir adı var. Bu müharibənin başlaması müharibənin özünün nəticələri və Rusiyanın davranışı ilə çox dramatik bir vəziyyətə gətirib çıxardı”, - Aİ-nin ali nümayəndəsi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”