Nazir sözünü dedi: “Onunla bağlı durum bir də yaşanmaz”

16 May 2022 13:00 Problem 1 100
Nazir sözünü dedi: “Onunla bağlı durum bir də yaşanmaz”

“Ramil Quliyevlə bağlı durum nadir hallardan biridir və düşünürəm ki, bir də yaşanmaz”.

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan millisindən imtina edərək Türkiyə yığmasını seçən məşhur atlet Ramil Quliyevlə bağlı danışarkən deyib.

Nazir bildirib ki, həmin məsələdə hər iki tərəfi dinləmək lazımdır:

“Burada situasiya fərqli idi, bu haqda çox danışmaq olar. Ola bilsin ki, Ramil Quliyevin durumu nadir hallardan biridir.

Orada müxtəlif səbəblər var idi. Hər iki tərəfi dinləmək lazımdır. Amma düşünürəm ki, gələcəkdə belə bir hal yaşanmaz.

Bununla belə bizdə idmana yaradılan şərait heç də bütün ölkələrdə yoxdur. Yəni biz görürük ki, ölkədə idmana qayğı var.

Düşünün ki, bir çox əcnəbi idmançı məşq etmək üçün bizim arenalara gəlir. Çünki şərait çox yaxşıdır. Hətta Qərbdə, Avropada elə ölkələr var ki, orada idmançılar üçün bizdəki kimi şərait yoxdur”.

Ramil Quliyev 2007-2011-ci illərdə yüngül atletikada qaçış üzrə Azərbaycanı təmsil edib. Daha sonra məşq üçün lazımi şərait yaradılmadığını əsas gətirərək millidən imtina edib və 2011-ci ildən Türkiyəni təmsil etməyə başlayıb.

Türkiyə bayrağı altında Dünya və Avropa çempionu olub. O, 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağ dərili idmançısı hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti