Nicat Qurbanovun futbolsuz günləri davam edir.
Bu barədə Sportinfo.az-a yarımmüdafiəçinin özü məlumat verib.
Qurbanov “Keşlə”dən ayrıldıqdan sonra onunla heç kimin əlaqə saxlamadığını bildirib.
Son vaxtlar azərbaycanlı futbolçuların ölkə xaricinə axın etdiyini nəzərə alsaq, bu baxımdan Nicatın arzusu başa düşüləndir. Lakin xarici klublardan da xidmətinə ehtiyac duyan yoxdur.
Futbolçu hələ də təklif gözlədiyini, bu, olmayacağı təqdirdə yayda danışıqlara başlayacağını sözlərinə əlavə edib.
Maraq üçün xatırladaq ki, “17 nömrə” 2019-un yayında “Sumqayıt”dan ayrılandan sonra 27 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.
Lakin Gürcüstandan “Samtredia”sından aldığı təklifdən sonra fikrini dəyişmişdi. Nicat qonşu ölkədə oynadığı ilyarım ərzində 28 oyunda forma şansı qazanaraq rəqib qapılarından 12 top keçirmişdi.
29 yaşlı futbolçu 2012-ci ildən bu yana “Simurq”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz”, “Sumqayıt” və “Keşlə”nin şərəfini qoruyub.
Sonuncularla ölkə kubokunu qazanıbsa, “Zirə”nin heyətində Azərbaycan Premyer Liqasının gümüş medalına sahib olub.
HƏBİB

