Rusiyalı həmsədr Qarabağdan niyə “narahatdır” və nə istəyir?

21 Yanvar 2022 02:00 Problem 633
Rusiyalı həmsədr Qarabağdan niyə “narahatdır” və nə istəyir?

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Moskva Minsk Qrupu həmsədrlərinin “Dağlıq Qarabağa səfərini reallaşdıra bilməməsindən narahatdır”.

Fikrini davam etdirən rusiyalı diplomat həmsədrlərin faktiki fəaliyyətsiz qaldıqlarını bildirib:

“Həmsədrlər humanitar məsələlərin həllində rol oynaya bilərlər, insanlar arasında görüşlər təşkil edə bilərlər”. Lukaşeviç ümid etdiyini bildirib ki, həmsədrlərin bölgəyə səfəri baş tutacaq və onlar Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşəcəklər.

Bu qeydləri politoloq Elxan Şahinoğlu edib.

“Birincisi, Lukaşeviç “Dağlıq Qarabağ” ifadəsi işlətməklə Bakının qərarıyla hesablaşmadığını əyani göstərir, halbuki Azərbaycan Prezidentinin fərmanıyla bölgə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları adlanır.

İkincisi, azərbaycanlılarla ermənilər arasında təmasların keçirilməsi üçün həmsədrlik institutuna ehtiyac yoxdur, bu görüşləri hansısa ölkənin qeyri-hökumət təşkilatı təşkil edə bilər və yaxın tarixdə buna dair onlarla misal var”, - E.Şahinoğlu bildirib.

Politoloqun fikrincə, həmsədrlər işsiz və gücsüz qalıblar, onların fəaliyyətinə ehtiyac qalmayıb, yeni ideyaları isə yoxdur:

“Belə vəziyyətdə yeganə alternativ kimi həmsədrlərin bölgəyə səfəri təklif olunur. Həmsədrlər rəsmi Bakının razılığı olmadan Qarabağa da gedə bilmirlər, bu da onları narazı salır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"