Ermənilərlə tək ”döyüşən” azərbaycanlı: ”Buna o qədər də inanmağım gəlmir”

27 Oktyabr 2021 10:40 Problem 611
Ermənilərlə tək ”döyüşən” azərbaycanlı: ”Buna o qədər də inanmağım gəlmir”

İdman Arbitraj Məhkəməsinin (CAS) ”Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun məsələsinə nə vaxt hüquqi qiymət verəcəyi məlum olub.

CAS aylardan bəri davam edən araşdırmaya dair son qərarını noyabrın 25-də açıqlayacaq.

Qurum oktyabrın 8-də onun UEFA-ya qarşı şikayət ərizəsi əsasında məhkəmə prosesi keçirib. Budəfəki prosesdə hər iki tərəfin vəkilləri çıxış etdikdən sonra səbəbkar N.İbrahimova da danışmaq imkanı yaradılıb.

Təqsirləndirilən şəxs fürsətdən istifadə edərək, fikirlərini dilə gətirib. Belədə hakim heyəti çıxış edərək, müşavirəyə yollanıb və noyabrın 25-dək gözləməyi lazm bilib.

Nurlan İbrahimov ötən il Vətən Müharibəsi zamanı şəxsi “feysbuk” səhifəsində ermənilərlə bağlı paylaşıma görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. “Qarabağ” isə 100 min avro məbləğində cərimələnib.

Sabiq klub rəsmisi Sportinfo.az-a açıqlamasında bildirib ki, barəsində ədalətli qərarın çıxarılmasıına gümanı azdır:

“Erməni lobbisi çox güclüdür və onlar bu məsələyə görə UEFA-nı daim təzyiq altında saxlayır. Mən vəkilim Fərid Haqverdiyevlə bərabər ötən müddət ərzində əlimizdən gələni etdik,

UEFA-nın haqsız qərarıyla üzləşdiyimizi müxtəlif dəlillərlə sübuta yetirdik, amma bu, yetərli olacaqmı? O qədər də inanmağım gəlmir. Yenə də gözləyək…“.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi