"CBC Sport"un şərhçisinin fikirləri narazılıq yaratdı: "Hər adamı aramıza almırıq"

16 Oktyabr 2021 22:20 Problem 1 488
"CBC Sport"un şərhçisinin fikirləri narazılıq yaratdı: "Hər adamı aramıza almırıq"

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edib.

Görüş "CBC Sport"dan canlı yayımlanıb.

Telekanalın Qəbələyə ezam olunan şərhçisi Ramiz Mirzəzadənin efirdən səsləndirdiyi "Red Black Army" azarkeş qrupu elə Bakıya səfər etdikləri saydadılar.

Doğma meydanda daha çox sayda gələcəklərini düşünürdüm. Ancaq saylarında artım yoxdur" fikiri yerli azarkeşlərin ciddi narazılığına səbəb olub.

Belə ki, azarkeş qrupunun idarə heyətinin üzvü Nəriman Mahmudzadə sosial şəbəkə hesabından şərhçini tag edərək, öz narazılığını bildirib.

Sitat: "Hörmətli Ramiz Mirzəzadə, "Red Black Army" azarkeş qrupunun üzvlərinin əksəriyyəti tələbədir. Qəbələdə olan oyunlarda sayımızın az olmasına səbəb budur.

Hər il 2-3 üzvümüz universitet bitirirsə, 10-a yaxın üzvümüz oxumaq üçün Bakıya gedir.

Hər adamı da aramıza almırıq. Bakıda olan azarkeş qrupları ildə cəmi 2 dəfə Qəbələyə gəlirlər. Bizim üzvlərimizin hər oyun gəlməyə imkanı yoxdur".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"