“Ermənistan ordusunun dağılmasına yol verməyəcəyik”
Sportinfo.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutunyan arasında telefon söhbəti olub.
Rəsmi məlumatda söhbətin ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası ətrafında getdiyi bildirilib.
Lakin erməni mediası dialoqun olduqca sərt şəkildə keçdiyini, Sergey Şoyqunun V.Arutunyanı danladığını bildirirb. Bununla bağlı “past.am” saytında maraqlı məlumat yayılıb.
Belə ki, Sergey Şoyqu Ermənistan silahlı qüvvələri ətrafında gedən situasiyanı diqqətlə izlədiklərini Arutunyanın diqqətinə çatdırıb.
Rusiya müdafiə naziri Ermənistan ordusunun dağılmasına yol verməyəcəklərini də vurğulayıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın silahlı qüvvələrə qəsdi əslində Qərbin sifarişidir.
Ermənistan müdafiə naziri rusiyalı həmkarını sakitləşdirməyə çalışaraq problemin orduda deyil, konkret olaraq baş qərargah rəisi Onik Qasparyan və onun ölkə rəhbərliyinə qarşı çıxışını dəstəkləyən hərbçilərdə olduğunu söyləyib.
Sergey Şoyqu isə onunla razılaşmadığını bildirərək Emrənistan ordusunun Rusiyanın bölgədə böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb.

