Azərbaycanda toylara icazə ilə bağlı VACİB AÇIQLAMA

5 Mart 2021 23:50 Problem 4 322
Azərbaycanda toylara icazə ilə bağlı VACİB AÇIQLAMA

Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə yanaşı, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.

Sportinfo.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında yazıb.

O, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olduğunu bildirib.

“Toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı ki, standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır.

Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.

Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"