AVRO-2020-yə təkbaşına ev sahibliyi etməyə hazırdır - İngiltərə

2 Mart 2021 11:00 Problem 409
AVRO-2020-yə təkbaşına ev sahibliyi etməyə hazırdır - İngiltərə

İngiltərə bu il keçiriləcək futbol üzrə Avropa çempionatının bütün oyunlarına ev sahibliyi etməyə hazırdır.

Sportinfo.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson açıqlama verib.

O, nəzərdə tutulandan başqa, digər oyunları da İngiltərədə keçirməyə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Təqvimə əsasən, Londondakı "Uembli" stadionu D qrupunda İngiltərə millisinin hər 3 oyununa, eləcə də 1/8 final, iki yarımfinal qarşılaşması və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"