Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - AÇIQLAMA

2 Mart 2021 01:10 Problem 17 989
Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - AÇIQLAMA

Sportinfo.az xəbər verir ki, Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxanların sayı artıb.

Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramında insanların bir-birinin evinə bayramlaşmağa getməsinin və kütləvi toplaşmanın qarşısını almaq üçün yenidən "evdə qal" karantin rejiminin tətbiq ediləcəyi ilə bağlıdır.

Azərbaycanda Novruz bayramına qədər "evdə qal" karantin rejimi tətbiq edilə bilərmi?

Bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, yoluxma sayı artma dinamikası ilə davam etsə, Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyi ehtimalı böyükdür:

"Artıq son bir neçə gündə yoluxanların sayı 220-yə çatıb. Yoluxanların sayındakı artım dinamikası davam etsə, "evdə qal" karantin rejiminə və "SMS-icazə" sisteminə geri qayıda bilərik.

Son iki gündə yoluxma sayının çoxalması narahatedicidir. Yoluxma sayı artarsa, yenidən kafe və restoranlar bağalana bilər. Əllbəttə, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir.

Onlar mövcud vəziyyəti analiz edərək, ona uyğun düzgün qərarı verəcəklər. Bundan əlavə, ölkməmizdə vaksinasiya da davam edir. Düşünürəm ki, hər şey insanların qaydalara məsuliyyətlə yanaşıb-yanaşmamasından asılı olacaq.

Ümid edirəm ki, insanlar yumşalmalardan arxayın olmayacaqlar, çünki dünyada koronavirusun Britaniya ştammı da sürətlə yayılmaqdadır. Ona görə maskadan düzgün istifadə və qaydalara məsuliyyətlə yanaşmaq vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti