UEFA AVRO-2020-ni Bakıda 50 faizdən çox azarkeşlə keçirmək istəyir

27 Fevral 14:00 Problem 245
UEFA AVRO-2020-ni Bakıda 50 faizdən çox azarkeşlə keçirmək istəyir

UEFA bu ilin yayında keçiriləcək Avropa çempionatının matçları zamanı stadionların azı 50 faizinin dolacağını gözləyir.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin "Rusiya-24" telekanalının efirində deyib.

O bildirib ki, hazırda təşkilatçı şəhərlərin bir çoxunda vəziyyət yaxşı olmasa da, müsbət tendensiya müşahidə olunur: "UEFA turniri azı 50 faiz azarkeşlə, bəlkə də, daha çoxu ilə qəbul etməyin mümkünlüyünə inanır.

Qurum Avropa çempionatını "50+" azarkeş sxemi ilə keçirmək istəyir. UEFA fanatların digər ölkələrə giriş və çıxışlarını qadağan edən təşkilat deyil.

Bunu əlaqədar ölkələrin hökumətləri müəyyənləşdirir. Lakin qitə futbol qurumu maksimum azarkeş sayı və hərəkət imkanları üçün səy göstərir, eyni zamanda səlahiyyətlilərin fikirlərini dinləyir".

UEFA azarkeşlərin AVRO-2020-yə buraxılma formatını aprelin 7-də müəyyənləşdirəcək.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü