AVRO-2020 bir ölkəyə verilir?

26 Fevral 2021 16:20 Problem 562
AVRO-2020 bir ölkəyə verilir?

AVRO-2020-nin məkanı ilə bağlı daha bir iddia ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan qitə birinciliyinin yenidən bir ölkədə keçirilməsi gündəmə gəlib.

Yayılan informasiyaya əsasən, UEFA Azərbaycan da daxil olmaqla 12 ölkədə təşkili nəzərdə tutulan turnirin koronavirus pandemiyası səbəbindən İngiltərəyə verilməsini yenidən nəzərdən keçirir. Qitə futbol qurumu bununla bağlı hələlik rəsmi açıqlama verməyib. Yekun qərar apreldə bilinəcək.

UEFA səhiyyə məsləhətçisi olan həkim Daniel Koç Avropa çempionatının mütləq keçiriləcəyini söyləyib: “AVRO-2020-nin keçirilməmə ehtimalı yoxdur. Real və ən yaxşı ssenarimiz var. Aprelin sonuna qədər araşdırmalar davam edəcək”.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.

AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"