Qitə arenasının qapıları Azərbaycan klublarının üzünə bağlanır?

16 May 2020 20:20 Premyerliqa 874
Qitə arenasının qapıları Azərbaycan klublarının üzünə bağlanır?

UEFA qurumun prezidenti Aleksander Çeferinin son günlərdə yayılan fikirləri ilə bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, qurum sloveniyalının düzgün başa düşülməyən ifadələrinə aydınlıq gətirib.

Bəyanatda deyilir ki, sloveniyalı dəyişikliklər barədə danışmayıb: “UEFA prezidentinin fikirlərini aydınlıq gətirmək istəyirik.

Prezident Çeferin deyib ki, cari mövsümü yarımçıq başa çatdıran liqaların klubları avqokubokların təsnifat mərhələlərində oynamağa hazır olmalıdır.

Bu, ölkələrin avrokuboklardakı təsdiqlənmiş təmsilçi sayına uyğun şəkildə olacaq. O deməyib və işarə vurmayıb ki, bu siyahıda hər hansı dəyişiklik ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti