Bu məhdudiyyət Premyer Liqanın bütün klublarına tətbiq olundu

7 Sentyabr 16:20 Premyerliqa 1 274
Bu məhdudiyyət Premyer Liqanın bütün klublarına tətbiq olundu

Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən Premyer Liqaya aid növbəti qərar verib.

Çempionatın təşkilatçısı olan qurumun qərarı bütün iştirakçıları əhatə edir.

Buna əsasən, klublar sezon ərzində maksimum 30 futbolçu sifariş edə bilər.

Müqayisə üçün deyək ki, keçən «futbol ili»ndə bu rəqəm 35 idi.

İştirak ərizəsinin «sərhəd»inin məhdudlaşdırılmasının səbəbi məlum deyil. Odur ki, elitanın əksər təmsilçiləri PFL-nin son qərarından narazı qalıb.

Problem həm də ondadır ki, komandadan göndərilən futbolçuların sayı «30»u dəyişdirmir. Başqa sözlə, qurum gedəni yox, gələni hesaba qatır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…