Peşmançılığınız var? Dedi ki...

6 Sentyabr 00:50 Premyerliqa 556
Peşmançılığınız var? Dedi ki...

Misli Premyer Liqasının IV turu çərçivəsində "Neftçi"nin qonağı olan "Şəfa" 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matç haqda fikrilərini bildirib:

"I hissədə daha intizamlı oynamağı bacardıq. Bir səhvdən qol buraxdıq. İkinci hissəyə də pis başlamamışdıq. Ard-arda gələn qollardan sonra komanda ruhdan düşdü. Belə oyunlarda komandanın təcrübəsi daha da artır. Düşünürəm ki, bu məğlubiyyətin bizə çox xeyri olacaq".

- Nicat Mehbalıyevin qapıda inamsız oyunu haqda düşüncələriniz?

- Nicat bir neçə mövsümdür stabil oynamır. Biz istəyirik ki, onu yenidən qazanaq. Ona görə də üstünə çox getmirik. Tək onun səhvindən məğlub olduğumuzu düşünmürəm.

- Heyətlə bağlı peşmançılığınız varmı?

- Xeyr, belə düşünmürəm. Futbolçularıma güvənirəm.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib