“Qarabağ”dan aldılar, ağızlarında “şirə” qaldı - Diqqətçəkən hansısa futbolçu olarsa...

5 Sentyabr 23:20 Premyerliqa 187
“Qarabağ”dan aldılar, ağızlarında “şirə” qaldı -  Diqqətçəkən hansısa futbolçu olarsa...

“Seltik”in hücumçusu Kamilo Duranın uğurlu çıxışı Azərbaycan çempionatının dəyərini artırıb.

Sportinfo.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, yay fasiləsində “Qarabağ”dan transfer edilən kolumbiyalı forvard “Seltik”in heyətində keçirdiyi 7 oyunda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı futbolçu son olaraq ölkə çempionatının 3-cü turunda “Aberdin”i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol, 1 assistə imza atıb.

Duranın bu performansı Şotlandiya klublarının Azərbaycan çempionatına marağını artırıb.

Xəbərdə vurğulanıb ki, skautlar artıq müxtəlif statistik məlumatlarla Misli Premyer Liqasında çıxış edən oyunçuların göstəricilərini diqqətdə saxlayırlar.

Diqqətçəkən hansısa futbolçu olarsa, qışda və ya mövsümün sonunda onunla bağlı transfer danışıqları aparılacaq.

Kamilo Duran “Qarabağ”dan “Seltik”ə 6 milyon avroya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM