Misli Premyer Liqasında 4-cü tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Matç "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Sabah" 9 xalla liderliyə yüksəlib. Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib.
Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkib. Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
3 turdan sonra “ağ-qaralar” 9 xalla liderlər sırasına qoşulub, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.
Turun ötən gün baş tutan oyunlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.

18:30. "Sabah" – "Zirə" 5:0
Qollar: Velko Simiç, 7, Coy-Lens Mikels, 13, 30, 57, Kristian Nvaçukvu, 50,
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
"Bank Respublika Arena"
“Sabah”: 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 21. Velko Simiç 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 6. Abdulax Xaybulaev 16. Rauf Rüstəmli 11. Kahim Parris 37. Du Keyros 33. Junior Almeyda 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 4. Eyden Makkarti 23. Yunes Laşaab 35. Cafet Bulus
Baş məşqçi: Valdas Dambrauskas
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 2. Amin Seydiyev 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 16. Ktatau 7. Eren Aydın
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 10. Giorgi Papunaşvili 27. Bayere Lue 3. Dimitri Leqbo 29. Kris Diqbeu
Baş məşqçi: Rəşad Sadıqov
20:30. "Neftçi" – "Şəfa" 4:1
Qollar: Rüfət Abbasov, 40, Alen Şkribek, 64, 66, Breno Almeyda, 78 (p) - Murad Musayev, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
"Palms Sports Arena"
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 3. Rüfət Abbasov 77. Falaye Sako 18. İfeanyi Metyu 97. Bassala Sambu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 4. Elvin Camalov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 27. Draqolyub Saviç
“Şəfa”: 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 22. Umar Diav 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 99. Məmməd Hüseynov 96. Ayxan Əlizadə 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 23. Nahid Əliyev 39. Eltun Babazadə 10. Dilan Mertens 8. Vlad Pop 7. Treyvon Fuller
