AFFA Premyer Liqa klublarını SEVİNDİRDİ - Daha gecikmə olmayacaq

6 Sentyabr 16:05 Premyerliqa 1 490
AFFA Premyer Liqa klublarını SEVİNDİRDİ - Daha gecikmə olmayacaq

AFFA Premyer Liqa təmsilçilərinin üzünü güldürüb. Söhbət dövlət dotasiyasının klubların hesabına vaxtında köçürülməsindən gedir.

Bildiyiniz kimi, artıq dörd mövsümdür dövlət tərəfindən Premyer Liqa klublarına maliyyə dəstəyi ayrılır. Bu il də hər klub üçün həmin məbləğ 2,5 milyon manatdır və vəsait hər ay klubların hesabına köçürülür.

Əvvəlki mövsümlərdə bu ödənişlərlə bağlı müəyyən gecikmələr yaşanırdı. Bəzi hallarda gecikmənin müddəti hətta iki aya qədər uzanırdı. Bu isə klubların maliyyə planlamasında müəyyən çətinliklər yaradırdı.

Amma bu mövsümdən vəziyyət dəyişib. AFFA klublara məlumat göndərərək bildirib ki, əvvəlki illərdəki gecikmələr artıq olmayacaq. Vəsait hər ayın 1-də klubların hesabına köçürüləcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…