"Məndə olan məlumata görə, Premyer Liqanın bütün klubları..."

15 May 13:12 Premyerliqa 349
"Məndə olan məlumata görə, Premyer Liqanın bütün klubları..."

"Məndə olan məlumata görə, Premyer Liqanın bütün klubları öz komanda üzvlərinin korronavirus testindən keçirilmələri üçün müxtəlif klinikalarla danışıqlar aparır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında futbol üzrə Azərbaycan millisinin həkimi Vyaçeslav Xomenko deyib.

Ukraynalı mütəxəssis bildirib ki, klublarda müvafiq prosesə artıq start verilib: "Test komanda üzvləri – futbolçular və məşqçiləri əhatə edəcək. Lakin hər hansı klub digər əməkdaşlarının da yoxlanılmasını istəyərsə, bu, onların səlahiyyətinə aid olan məsələdir".

Xomenko komandaların virusa yoluxma faktı ilə üzləşməyəcəklərinə ümid etdiyini söyləyib: "Amma təbii ki, yoluxma halı olarsa, müvafiq klub və ya xəstəxana vasitəsilə bu məlumata malik olacağıq".

Həkimin sözlərinə görə, özü test prosesində birbaşa işirak etməyəcək: "AFFA olaraq klublara tövsiyə olunub ki, çempionatın bərpası ərəfəsində test keçirilsin. Amma assosiasiya hər hansı şəkildə prosesdə iştirak etmir. AFFA hakimlərin test olunması ilə bağlı təşkilati prosesə bilavasitə qatılacaq".

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, 2 gün sonra isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti