Premyer Liqamızda oyunlar mayda davam etdiriləcək

21 Mart 2020 16:14 Premyerliqa 592
Premyer Liqamızda oyunlar mayda davam etdiriləcək

Koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasında aprelin 14-nə kimi elan olunan məcburi fasilə, böyük ehtimalla uzadılacaq.

Sportinfo.az xəbər verir ki, həm Avropa, həm də Azəbaycanda koronavirusla mübarizə çərçivəsində aparılan işlərin gedişatı göstərir ki, aprelin ortalarında çempionatı bərpa etmək mümkün olmayacaq.

Artıq Avropanın bir çox liqası oyunların ən yaxşı halda mayın əvvəlində davam etdiriləcəyini açıqlayıb. Hazırda Azərbaycanda da pandemiya ilə ciddi mübarizə tədbirləri görülür.

Bununla əlaqədar hətta dünən Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib.

Bu, bir daha göstərir ki, növbəti ayın sonuna kimi kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi ehtimalı çox azdır. Ona görə də yarışların ən yaxşı halda mayın əvvəlində davam etdiriləcəyini gözləmək olar.

Daha əvvəl Peşəkar Futbol Liqası Premyer Liqamızda 4 turun matçını təxirə salıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!