Sopiç sələfləri haqda danışmaq istəmədi - "İstəmirəm ki, Allahın və qapıçının ümidinə qalaq"

8 Dekabr 2019 19:35 Premyerliqa 881
Sopiç sələfləri haqda danışmaq istəmədi -

Azərbaycan Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin ba məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırdı. Sportinfo.az xəbər verir ki, o əvvəlcə oyun haqda ümumi fikrini bildirib.

- Daha yaxşı oyun ola bilərdi. İlk qolu 45+1-də standart vəziyyətdən buraxdıq. Rəqib daha yaxşı idi, iki qol vurdular. İlk qolla bağlı şərhim yoxdu. Standart vəziyyətlərlə bağlı komandaya demişdik ki, yaxın dirəkdə diqqətli olmalıyıq. “Neftçi” və “Qarabağ” kimi komandalara qarşı 5-6 belə qol imkanı yaratmaq imkanı veririksə, bu, ya onların keyfiyyətli olduğunun, ya da bizim keyfiyyətsiz çıxışımızın göstəricisidir. Nəsə danışmaq xətrinə danışmıram. Sadəcə, legionerlər komandaya keyfiyyət qatmırlar.

- Ölkənin ən güclü iki klubu ilə qarşılaşmısız. Bu “Sabah” çempionatda nəyə nail ola bilər?
- Nəyə qadir olduğumuz barədə danışsam, gərək məndən öncə burada işləmiş mütəxəssislər haqda da fikirlərimi bildirim. Siz də komandanın çıxışını görmüsüz, özünüz qiymət verə bilərsiz.

- Qışda heyətdə neçə faiz dəyişiklik etmək fikrindəsiz? Nəzərə alaq ki, bu, sizin qurduğunuz komanda deyil...
- Qışdan sonra biz yeni nələrsə gətirməliyik. Bunları görmək üçün futbol məşqçisi olmaq lazım deyil. Oyuna baxanda siz özünüz də görürsüz. Mən klubla gələrkən mənə dedilər ki, filan futbolçular yüksək səviyyədədi. Bilmirəm, bəlkə mən axmağam, ya nədi məsələ. Qış fasiləsindən sonra 100 faiz Şakir kimi 7 futbolçum olacaq komandada. O, hər məşqdə, oyunda əlindən gələn hər şeyi edir. Pul mənim komandamda heç vaxt önəmli olmayıb.

- Əvvəlki baş məşqçilər İvanoviçi müdafiənin mərkəzində oynadırdılar. Ancaq siz onu dayaq yarımmüdafiəçisi kimi buraxırsız?
- Mən bura gəlməzdən qabaq “Sabah”ın bütün oyunlarına baxmışdım. Elə məşqçiyəm ki, istəmirəm “Neftçi”nin 10, bizim 3 qol imkanımız olsun. İstəmirəm ki, Allahın və qapıçının ümidinə qalaq. İlk sözüm o idi ki, mərkəzi bağlamalıyıq. Filip mərkəz müdafiəçisi deyil. Əgər başqa variant yoxdusa, onu orda oynatmaq olar.

- Dediz ki, komandamda pul hər şey deyil. Ancaq heyətdə dəyişikliklər üçün pul da lazım olacaq. Rəhbərlik sizə bu təminatı veribmi?
- Bu barədə danışmayacam. Mənimçün fərqi yoxdu, əcnəbi futbolçular keyfiyyət verməyəcəksə, 10 azərbaycanlı ilə oynayacam. Rəhbərliyin pul verib-verməyəcəyi barədə fikir bildirməyəcəm.

Digər Xəbərlər
Xəbər Lenti