“Qarabağ” və daha 3 klub AFFA-ya pul verəcək - Bu qədər

28 Fevral 2025 12:40 Premyerliqa 1 120
“Qarabağ” və daha 3 klub AFFA-ya pul verəcək - Bu qədər

AFFA Premyer Liqanın XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

"Araz-Naxçıvan" da eyni məbləğdə cərimələnib. Buna fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.

"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimə olunub.

"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat ziyana düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?