2025-ci il "Zirə"yə elə qaz verib ki...

26 Fevral 2025 01:00 Premyerliqa 751
2025-ci il "Zirə"yə elə qaz verib ki...

Premyer Liqada mübarizə getdikcə gərginləşir.

Sportinfo.az xəbər verir ki, komandalar arasında qarşıya qoyulan tapşırıqlara görə qütbləşmə yaranıb.

"Qarabağ" növbəti çempionluğa doğru addımlayarkən, avrokuboklara düşmək üçün dörd komanda arasında mübarizə gedir.

Qış fasiləsinə ikinci pillədə yollanan "Araz-Naxçıvan" rəqiblərindən aralanmışdısa, üstünlüyü qoruyub saxlaya bilmədi.

Naxçıvan təmsilçisi ilə xallarını eyniləşdirən "Zirə" ikinci sıranı ələ keçirməyi bacardı. Onlardan üç xal geri qalan "Turan Tovuz" da uzaqda deyil.

5-ci pillədə gedən "Sabah" Tovuz klubundan 9 xal geri qalır. "Neftçi" ümidini kuboka bağlayıb, elə "Sabah" barədə də bunu demək olar.

Birdən-birə 4 klub isə Premyer Liqada yerini itirmək təhlükəsi ilə üzləşib - "Şamaxı", "Səbail", "Kəpəz" və "Sumqayıt".

Qış fasiləsindən sonra toplanan xalları götürsək, lider "Zirə"dir. Rəşad Sadıqovun komandası 6 oyunda 5 qələbə qazanıb - 15 xal.

"Qarabağ", "Neftçi" və "Turan Tovuz" 10 xal yığıb. "Səbail" 9, "Kəpəz" 8, "Sabah" 7, "Araz-Naxçıvan" 6, "Şamaxı" 4 xal yazıb aktivinə. Ən pis nəticə isə "Sumqayıt"a məxsusdur - cəmi 2 xal

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?