Premyer Liqada bir onlar qalmışdı, bu sevda da bitdi!

20 Fevral 2025 02:50 Premyerliqa 928
Premyer Liqada bir onlar qalmışdı, bu sevda da bitdi!

Premyer Liqanın 2024-25 mövsümündə penalti qazanmayan komanda qalmayıb.

Sportinfo.az xəbər verir ki, son olaraq “Şamaxı” ilk dəfə onbirmetrlik zərbə vurmaq hüququ əldə edib.

Şamaxılılar bunun üçün 23 tur gözləməli olublar.

Belə ki, 23-cü turda “Kəpəz”lə səfər qarşılaşmasında Ayxan Abbasovun başçılıq etdiyi komandanın lehinə penalti təyin olunub. Zərbəni isə fransalı futbolçu Brahim Konate qolla tamamlayıb.

Ancaq “Şamaxı” cari mövsüm penalti qoluna sevinən 9-cu klubdur. Çünki “Səbail” hələ də onbirmetrlikdən sevinməyib.

Qəsəbə təmsilçisi 11-ci turda “Sumqayıt”la görüşdə bu şansı əldə etsə də, Fərid Nəbiyev fərqlənməyi bacarmayıb.

“Kəpəz” – “Şamaxı” (1:1) görüşündə hakimlər cari mövsüm ümumilikdə 29-cu dəfə penalti nöqtəsini göstəriblər. Bu zərbələrdən 21-i qolla nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti