COP29

"Premyer Liqada son zamanlar belə halla rastlaşmamışdıq"

23 May 22:20 Premyerliqa 954
"Premyer Liqada son zamanlar belə halla rastlaşmamışdıq"

Bu həftə Azərbaycan Premyer Liqasında mövsüm sona çatacaq.

36-cı turun maraqla gözlənilən 3 qarşılaşması eyni vaxtda start götürəcək.

Söhbət "Zirə" - "Səbail", "Sumqayıt - "Qəbələ" və "Neftçi" - "Sabah" matçlarından gedir.

"Zirə"nin ölkə kubokunu qazanmaqla avrokuboklara getmək şansı qalırsa, "Sumqayıt", "Neftçi" və "Sabah"ın taleyinə son turda aydınlıq gələcək.

"Araz Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov ağır tur öncəsi yuxarıdakı matçlar barədə düşüncələrini Sportinfo az-la bölüşüb.

"Turnir cədvəlində çox maraqlı mənzərə yaranıb. Son zamanlar belə halla rastlaşmamışdıq.

"Zirə" "Səbail"i evdə qəbul etdiyi üçün qələbə qazanmağa çalışacaq. Amma rəqib üçün də matçın əhəmiyyəti var.

Qonaqlar məğlub olduğu halda ilk "altılıq"dan kənarda qalacaq. Bu da Şahin Diniyev üçün uğurlu yer hesab olunmaya bilər.

Hər halda ilk "altılıq"da olmaq 7-ci sırada yer almaqdan bir qədər fərqlidir. "Neftçi" - "Sabah" oyununda bir xal meydan sahiblərini ən azı Konfrans Liqasına aparacaq.

Sabah"ın işi bir qədər çətindir. "Sumqayıt" qələbə qazanarsa Renduliçin yetirmələri mütləq 3 xalla meydandan ayrılmalı olacaq.

Ev komandalarının qələbələri ilə bitməlidir. Yalnız "Neftçi"yə bərabərlik də sərfəli hesab sayılacaq.

"Sumqayıt"ın son iki oyununda eniş yaşanır. Bu da yəqin ki, heyətin təcrübəsiz olmasından irəli gəlir.

Ümumilikdə hər birinin öz dəst-xətti var. Avropaya getməyə layiq kollektivlərdir. Hər birinə uğur arzulayıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"