COP29

Tovuzda bərabərlik, "Araz" son dəqiqədə qələbəni əldən verdi

2 Dekabr 2023 20:30 Premyerliqa 1 193
Tovuzda bərabərlik, "Araz" son dəqiqədə qələbəni əldən verdi

Bu gün Premyer Liqada 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb "Araz-Naxçıvan" "Səbail"i qəbul edib.

Görüş 1:1 hesabı ilə başa çatıb. "Araz Naxçıvan" son dəqiqə avtoqolu ilə qələbənii əldən verib.

Günün digər matçında isə "Turan Tovuz" evdə "Sumqayıt"la qarşılaşıb. "Sumqayıt" hesabda 2:0 irəlidə olsa da, üstünlüyünü sona kimi qoruya bilməyib.

Tovuz təmsilçisi hesabı bərabərləşdirə bilib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Turun digər görüşləri 3-4 dekabr tarixlərində keçiriləcək.

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail” 1:1

Qollar: Kadiri Mohammed, 18 // Numan Kurdiç, 90+3-avtoqol
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
“Dalğa Arena”

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç

Baş məşqçi: Azər Bağırov

"Səbail": 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi

Baş məşqçi: Şahin Diniyev

18:30 “Turan Tovuz” – “Sumqayıt” 2:2

Qollar: Paçu 49, Otto Con 54 - Elvin Bədəlov, 5, Roi Kehat, 35
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con. 11. Ayxan Quseynov, 79. Martin Petkov

Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka

Məşqçi: Mübariz Orucov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"