“Qəbələ” Gəncədə məğlubiyyətdən qaçdı

24 Yanvar 2023 15:57 Premyerliqa 804
“Qəbələ” Gəncədə məğlubiyyətdən qaçdı

Premyer Liqada qış fasiləsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, mövsümün ikinci yarısına Gəncədə start verilib.

XIX turun açılış matçında “Kəpəz” “Qəbələ”ni qəbul edib. Azarkeşlər iki fərqli hissə izləyib.

İlk 45 dəqiqədə daha yaxşı təsir bağışlayan “Kəpəz” iki penalti zərbəsi qazanaraq bu imkanlardan dəqiq yararlanıb. Lakin Tərlan Əhmədovun komandası üstünlüyünü qoruya bilməyib.

Fasilədən sonra fəallığı artıran “Qəbələ” təşəbbüsə yiyələnib. Elmar Baxşıyevin yetirmələri iki qol vuraraq səfərdən bir xalla dönməyi bacarıb – 2:2.

24 yanvar
14:00. “Kəpəz” – “Qəbələ” 2:2

Qollar: Ahmed Ayzaya, 18 (pen.), Martins Junior, 42 (pen.) - Ruan Renato, 63, Ülvi İsgəndərov, 79

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu, 14:00

“Kəpəz”: 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 10. Salif Sisse, 8. Tural Axundov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti