Premyer Liqaya qayıdan “Kəpəz”in büdcəsi nə qədər olacaq?

7 May 2022 21:20 Premyerliqa 1 430
Premyer Liqaya qayıdan “Kəpəz”in büdcəsi nə qədər olacaq?

4 illik aradan sonra Premyer Liqaya qayıdan “Kəpəz”in büdcəsi böyük ölçüdə müəyyənləşib.

AFFA Gəncə klubuna 2 milyon manat büdcə ayırıb.

Göstərilən məbləğ aylar üzrə bölünərək qərb təmsilçisinin hesabına köçürüləcək.

Federasiya “Kəpəz”in yeganə maliyyə mənbəyi deyil. Gəncə İcra Hakimiyyəti (İH) də “sarı-göylər”ə maddi dəstək verməyi öz üzərinə götürüb.

Yerli İH bu məqsədlə gəncəli iş adamlarını bir yerə toplamağı nəzərdə tutub. Biznesmenlərin köməyi ilə fond yaradılacağına dair kluba məlumat verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim