“Neftçi” ilə “Qarabağ”ın duelinə hansı hakim təyinat alacaq?

18 May 2021 19:20 Premyerliqa 888
“Neftçi” ilə “Qarabağ”ın duelinə hansı hakim təyinat alacaq?

Sabah Azərbaycan derbisi keçiriləcək.

“Neftçi” və “Qarabağ”arasındakı budəfəki duel əvvəlki oyunlardan fərqlənəcək.

“Dalğa Arena”da təşkil olunacaq görüş ölkə çempionunun adına aydınlıq gətirəcək. Milli çempionatların daimi iştirakçılarının bu qarşılaşması iki rəqib arasında 83-cü matç olacaq.

İndi əksəriyyəti bu sual düşündürür ki, görəsən, AFFA qıxıl medalların taleyini müəyyənləşdirəcək oyuna hansı hakimi təyin edəcək?

Redaksiyamıza daxil olan məlumata görə, Hakimlər Komitəsinin sədri Fritz Stuxlik sevimli tələbəsi Elçin Məsiyevə güvənmək istəyir. Federasiya rəhbərliyi isə Əliyar Ağayevlə Kaml Umudlunun üzərində dayanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti