"Sportinfo"nun xəbəri doğruldu: “Neftçi” və  “Qarabağ” ona əmanət edildi

18 May 2021 22:20 Premyerliqa 1 569
"Sportinfo"nun xəbəri doğruldu: “Neftçi” və  “Qarabağ” ona əmanət edildi

Azərbaycan Premyer Liqasında XXVIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Sabah baş tutacaq son turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Təkcə turun deyil, mövsümün mərkəzi oyunu xarakteri daşıyan “Neftçi” – “Qarabağ” matçı Elçin Məsiyevə həvalə edilib.

Beləcə, ilk dəfə Sportinfo.az-ın yaydığı xəbər rəsmən təsdiqlənib (https://www.sportinfo.az/idman_xeberleri/premyer_liqa/114351.html).

O, çempionluğun müəyyənləşəcəyi görüşdə fit çalacaq. Bu oyun yeniliklə əlamətdar olacaq. İlk dəfə qarşılaşmaya ehtiyat laysman təyinat alıb.

XXVIII tur
19 may (çərşənbə)
“Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 18:00

“Sabah” –“ Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”, 18:00

“Keşlə” – “Qəbələ”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 18:00

“Neftçi” – “Qarabağ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”, 20:30

Xəbər Lenti