"Neftçi”nin haqqını vermək lazımdır" - Dəmirkolun Bakı klubunda bəyəndiyi oyunçu

18 Sentyabr 2020 12:30 Neftçi 2 271
"Neftçi”nin haqqını vermək lazımdır" - Dəmirkolun Bakı klubunda bəyəndiyi oyunçu

“Neftçi”nin haqqını vermək lazımdır.

Çünki komandamız orta sahədə boşluq buraxdığı zaman hücuma çıxarkən doğru həmlələrlə rəqibi çətin duruma salmağı bacardı”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin tanınmış idman yazarı Mehmet Dəmirkol Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Qalatasaray” matçını dəyərləndirdiyi yazıda vurğulayıb.

Dəmirkol İstanbul təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların performansına qiymət verib. O, “Neftçi”də bəyəndiyi oyunçunun adını da qeyd edib:

“Neftçi”nin heyətində Lavalın oyununu xüsusi vurğulamaq lazımdır. Onun yaratdığı hücumların çoxunu boşa çıxardılar. 30-cu dəqiqədən sonra oyun Azərbaycan klubuna tərəf yönləndi.

Babel bu dəqiqələrdə mübarizəyə qoşula bilmirdi. Bu da “Qalatasaray”ın topu irəlidə saxlamasına mane olurdu. Bu matçda Mbaye Dianın qolçuluğu, Marselo Sarakkinin sürəti və Taylan Antalyalının epizodlara düşməsi dəyərli idi.

Ancaq ən önəmlisi “Neftçi”nin sürətli oyununu sərgilətməmək idi. Əminəm ki, “Qalatasaray”ın ötən mövsümdəki heyəti “Neftçi” önündə çox çətin anlar yaşayardı”.

“Qalatasaray” III təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!