"Neftçi"də 2 əskik - FOTOLAR

11 Mart 2020 09:28 Neftçi 633
"Neftçi"də 2 əskik - FOTOLAR

“Neftçi” Premyer Liqanın 21-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, “Sabah”la matçdan sonra iki günlük fasiləyə buraxılmış “ağ-qaralar” məşqə çıxıb.

Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komanda üzvləri sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər.

Zədəli Mamadu Mbodj fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında zalda fərdi məşqlərə başlayıb. Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçının sabahdan hazırlığa qoşulacağı bildirilib.

Martın 15-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"