"NEFTÇİ"Nİ SİLKƏLƏYƏCƏK gizli və əsəbi görüş

24 Yanvar 2020 22:25 Neftçi 2 282
"NEFTÇİ"Nİ SİLKƏLƏYƏCƏK gizli və əsəbi görüş

Bugünlərdə "Neftçi"ylə müqaviləsini pozaraq "Kolos"a keçən Kiril Petrov Anton Krivotsyuk ilə görüşüb.

Sportinfo.az-ın məlumatına görə, sabiq komanda yoldaşları Antalyanın məşhur ticarət mərkəzlərindən birindəki restoranda bir araya gəlib.

1 saatdan artıq çəkən söhbət gərgin keçib. Görüş şahidlərinin redaksiyamıza verdiyi informasiyaya görə, Petrov əsəbi görünüb və bir neçə dəfə gənc həmyerlisinin üzərinə səsini qaldırıb.

Kiril hələ ötən ilin dekabrında "Neftçi"ni tərk edib. Komandanın son oyunlarında meydana çıxmaması ailə problemləri ilə əlaqələndirilmişdi.

Rəsmilər mediaya belə bir dezinformasiya ötürmüşdülər ki, guya ukraynalı müdafiəçinin yoxluğu həyat yoldaşının ağır xəstəliyə tutulmasıyla bağlıdır və cütlük övladlarıyla bərabər, ölkələrinə qayıtmaq istəyir.

Bu ilin əvvəlində isə "ağ-qaralar" sözügedən legionerlə müqaviləyə qarşılıqlı xitam verildiyini açıqladı.

Amma ki… Petrovun "Neftçi"dən göndərilməsi tamamilə kənar səbəblərdən qaynaqlanır. Onun Antalyada Antonla görüşməsi bundan irəli gəlir. Bu xəbəri xatırlayın (https://www.sportinfo.az/idman_xeberleri/neftci/73825.html), qoy, çox şey sizə aydın olsun.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”