ŞOK! “Neftçi”nin legioneri millimizin məğlubiyyətinə pul “atıb“?

17 Dekabr 2019 16:40 Neftçi 2 785
ŞOK! “Neftçi”nin legioneri millimizin məğlubiyyətinə pul “atıb“?

“Neftçi”nin müdafiəçisi Kiril Petrov üçün il bitib. Dünən “Sumqayıt”la Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyununu buraxan ukraynalı legioner cavab matçına da çıxmayacaq.

"Neftçi"dən mətbuata belə bir informasiya verilib ki, Kirilin adının iştirak ərizəsinə salınmaması zədə və ya cəza səbəbindən deyil: klubdan icazə alan ukraynalı vətəninə yollanıb.

İddia olunur ki, Petrova vacib oyunöncəsi icazə verilməsinin səbəbi ailəsindəki problemdir. Xanımı sağalmaz xəstəliyə tutulan legioner rəhbərlikdən izn alıb.

Həyat yoldaşının müalicəsi davam edir, amma vəziyyət kritikləşib. Bu üzdən 29 yaşlı oyunçunun xanımının yanında olması lazımdır.

Amma başqa bir iddia da var. Sportinfo.az-ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, Petrov yenidən klub rəhbərliyinin "arzuolunmaz şəxslər" siyahısında yer alıb.

Ukraynalının adı danışılmış oyunda hallanır. Belə ki, onun U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçiəvsində Fransa ilə səfərdə keçirdiyi matça pul qoyuluşu etdiyi deyilir.

Kirilin millimizin üzvlərindən birinin çağırışı ilə millimizin 0:5 hesablı məğlubiyyətinə "stavka" qoymasına dair ciddi şübhələr var və hazırda bu məsələ araşdırılır. Və bu gedişlə "Neftçi"nin Petrovla müqaviləsinə xitam verəcəyi gözləniləndir.

Petrovun adı ilk dəfə deyil ki, bu kimi olaylarda çəkilir. Əslində, "Neftçi"də ondan çoxdan şübhələnirlər. O, istər meydandakı, istərsə də meydandan kənardakı davranışıyla klub rəhbərliyini boğaza yığıb.

2018-ci ilin yazında prezident Kamran Quliyevi paltardəyişmə otağında necə aşağılaması hələ də yaddan çıxmayıb. Petrovun bəxti onda gətirib ki, Roberto Bordin arxasında dayanır.

Rəsmilər bir neçə dəfə baş məşqçiyə təzyiq göstərib ki, ukraynalıdan imtina etsin. İtaliyalı çalışdırıcı bütun bunlara rəğmən, Petrovu əsas heyətdən kənarlaşdırmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"