"Neftçi"də yeni MÜNAQİŞƏ!

2 Dekabr 2019 19:30 Neftçi 1 549
"Neftçi"də yeni MÜNAQİŞƏ!

«Neftçi»nin baş məşqçisi Roberto Bordinlə Baqali Bado arasında növbəti dəfə problem yaranıb. Sportinfo.az-ın məlumatına görə, komandanın «Səbail»lə oyunöncəsi son məşqində tərəflər bir-biriylə mübahisə edib.

Fransalı hücumçu ona həvəssiz çalışmasını irad bildirən italyan mütəxəssisə cavab qaytarıb və sözünü axıradək dinləmədən ondan uzaqlaşıb.

Bordin bu səbəbdən legionerin adını Premyer Liqanın 13-cü turunun iştirak ərizəsinə salmayıb. Oynamayacağını öyrənən Dabo komandayla Bayıl stadionuna yollanmaqdan imtina eləyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu