"Bu gün uduza da bilərdik" - STANKOVİÇ

1 Dekabr 2019 17:56 Neftçi 1 484
"Bu gün uduza da bilərdik" - STANKOVİÇ

"Nə deyə bilərəm? Meydana qələbə üçün çıxmışdıq, alınmadı. Bəzi epizodlar oldu ki, qol vurmaq lazım idi. Amma fərqlənə bilmədik. Heç-heçə etdik. Futboldur. Nə etmək olar?".

Bu sözləri "Neftçi"nin müdafiəçisi Voislav Stankoviç Premyer Liqanın XIII turunda "Səbail"lə oyundan sonra Sportinfo.az-a açıqlamasında deyib. Qolsuz bərabərliyi şərh edən serbiyalı futbolçu nəticədən razı qalmadığını söyləyib:

"Penaltidən qol buraxıb, uduza da bilərdik. Hər şey ola bilərdi. Amma heç-heçədən razı deyilik. Qeyri-stabilliyin nə ilə bağlı olduğunu deyə bilmərəm. Hər oyuna daha yaxşı oynayıb, qələbə qazanmaq üçün çıxırıq. Bir oyunda yaxşı çıxış edirik, digərini istədiyimiz səviyyədə keçirmirik. Hər şeyi analiz etməliyik. Görək, qarşıdakı matçlar nə göstərəcək".

Stankoviç çempionluq şansları haqda verilən sualı isə bu cür cavablandırıb: "İndidən çempionluq haqda düşünmək lazım deyil. Əvvəlcə öz oyunumuza baxmalıyıq. Çünki bu cür matçlarda qələbə qazanmalıyıq. Qol vura bilmirik. Bu haqda düşünmək lazımdır. Çempionluqdan danışmaq çox tezdir".

Digər Xəbərlər
Xəbər Lenti