"Hazırkı Premyer Liqa son dövrlərin ən rəqabətli olanıdır. “Neftçi” isə özünün ən yaxşı formasına qayıdır.
İlk üçlükdə yer alması, həmçinin "Sabah" və "Qarabağ"a qarşı matçlarda məğlub olmaması, onun çempionluq uğrunda mübarizə aparmaq üçün yaxşı potensiala malik olduğunu göstərir".
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Erik Fabian Ramos deyib.
“Ağ-qaralar”ın keçmiş yarımmüdafiəçisi onların çempionluq şanslarını da dəyərləndirib:
"Görünən budur ki, “Neftçi” öz tarixi şöhrətini bərpa etməkdədir. Komanda ən azı ilk 3-lükdə qərarlaşmalıdır.
Mövsümün bu mərhələsində ön sıralarda yer almaq vacibdir ki, gələn il bəzi detallar düzəldilib heyət daha da gücləndirilə bilsin və komanda çempionluq uğrunda tam gücü ilə mübarizə apara bilsin.
“Neftçi” “Sabah”ın avrokuboklarda iştirak etməsindən və "Qarabağ"ın xal itirməyə davam etməsindən yararlanmalıdır.
"Neftçi" üçün turnir cədvəlinin orta sıralarında və ondan aşağıda qərarlaşan komandalara qarşı mümkün olan bütün xalları qazanmaq, eyni zamanda çempionluq uğrunda rəqib olan komandalara qarşı isə məğlub olmamaq çox vacibdir".
