"Neftçi"nin müdafiəçisi Mustafa Sek karyerasını yenidən Portuqaliyada davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, sol cinah oyunçusunu “Farense” heyətinə qatmaqda israrlıdır.
Portuqallar Seki mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
"Farense" hazırda aşağı liqada 3-cü pillədədir və Superliqaya yüksəlməyə əsas namizədlərdəndir.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Seneqallı legioner indiyədək “Latsio”, “Roma”, “Karpi”, “Empoli”, “Novara”, “Almere Siti”, “Livorno”, “Leykşoeş” və “Portimonense”nin formasını geyinib.
