“Neftçi”də yeni AVTORİTET - Maaşı artırılsın, müqaviləsi uzadılsın!

14:00 Neftçi 204
“Neftçi”də yeni AVTORİTET - Maaşı artırılsın, müqaviləsi uzadılsın!

Breno Almeydanın Premyer Liqada aktivinə yazdığı qolların sayı artıq 9-dur.

Sonuncu qolunu o, dünən Şamaxıda vurdu.

Braziliyalı «Neftçi»nin ən formada olan oyunçusudur. Məhsuldar mövsüm keçirir.

«Neftçi»nin turnir cədvəlinə başçılıq etməsində Almeydanın payı başqalarından çoxdur. Lider olaraq görsək, komandanın ən yaxşısı da odur.

Şamaxıda ağıl dolu qolla yadda qaldı. İki müdafiəçinin arasından keçib, sakitcə qapının uzaq küncünə göndərdiyi topa Rikardu Fernandeş «mık» da eləyə bilmədi, sadəcə seyr eləməklə qaldı.

Almeydanın adı son həftələrdə Avropanın müxtəlif ölkələrinin klubları ilə yanaşı hallanıb. Təki efyoriyaya qapılıb, zehini cəhətdən «hallanmasın».

Çünki bu gedişat braziliyalı vingerə daha böyük qapılar açacaq. Rəhbərlik çalışmalıdır ki, Almeydanın fikri buradan yayınmasın, gözü o tərəf-bu tərəfdə qalmasın.

Necə edə bilərlər? Maaşını indidən artırıb, müqavilənin müddətini uzatmaqla bağlı danışıqları tezləşdirməklə.

Yuri Vernidub iddia edib ki, həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayıblar. Bu, baş sığallamaqdır.

Baş məşqçi qalib gəldikləri oyundan sonra futbolçularının səhvini mətbuat önündə dilə gətirməklə, onların əhvalına soğan doğramaq istəməyib.

Əslində, «Neftçi»nin arxa xətti Şamaxı səfərindən əla qiymət almadı.

Yəqin ki, Vernidub mediaya açıqlamadığı səhvləri oyunun analizinə həsr edilmiş iclasda bir-bir sadalayacaq. Emil Balayev başda olmaqla, hamısına.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti