“Neftçi”nin hücumçusu: “Çempionluğa nail olacağıq”

09:00 Neftçi 120
“Neftçi”nin hücumçusu: “Çempionluğa nail olacağıq”

“Çox xoşbəxtəm, çox sevinirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Adeleke Akinyemi deyib.

Hücumçu səfərdə “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 10-cu turunun oyunundan sonra fikirlərini bölüşüb.

“Meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Çempionatın əvvəlindən hər matçda qələbə haqqında düşünürük.

İnamımız böyükdür. Çempionluğa nail olacağıq”, - deyə o, bildirib.

Forvard Şamaxıdakı qarşılaşmanın çətin keçdiyini də vurğulayıb:

“Bəzən futbolda belə olur. Çətinliklərlə üzləşirsən. Amma sonadək inanırıq. Əlimizdən gələni edəcəyik”.

Səfərdə “Şamaxı”nı məğlub etməklə xallarının sayını 21-ə çatdıran “Neftçi” turnir cədvəlində birinci pilləsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!