“Neftçi” üçün əsas məsələ - Beş ildən sonra...

11:20 Neftçi 199
“Neftçi” üçün əsas məsələ - Beş ildən sonra...

Premyer Liqada 10-cu turun başa çatması ilə rəngli mənzərə yaranıb.

Uzun müddətdən sonra “Neftçi” yenidən turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Lakin bu mövsümün əsas maraqlı tərəfi təkcə liderlik mübarizəsi deyil. Çempionatda həm ilk altılıqda, həm də ikinci altılıqda kifayət qədər ciddi rəqabət müşahidə olunur.

Əvvəlki mövsümlərlə müqayisədə komandalar arasındakı fərqin azalması, gözlənilməz nəticələr və müxtəlif büdcəli klubların bir-birinə qarşı mübarizəsi Premyer Liqaya əlavə maraq qazandırır.

“Neftçi” turnir cədvəlinə başçılıq etməsi xüsusi qeyd olunmalıdır. Sonuncu dəfə 2021-ci ildə Azərbaycan çempionu olan Bakı klubu təxminən beş ildən sonra yenidən liderlik mövqeyinə qayıdıb.

“Şamaxı” üzərində 3:2 hesablı qələbə komandanın xarakterini və vacib məqamlarda nəticə qazanmaq bacarığını göstərdi.

Hazırda 21 xalla lider olan “Neftçi”nin arxasında “Sabah” (20 xal), “Qarabağ” (19 xal) və “Turan Tovuz” (18 xal) qərarlaşıb. Üstəlik, “Sabah” və “Qarabağ”ın bir oyunu ehtiyatda saxlaması liderlik mübarizəsini daha da maraqlı edir.

“Neftçi” üçün əsas məsələ bu mövqeyi qorumaq və nəticələrdə sabitliyi davam etdirməkdir. Çünki qarşıdakı turlarda hər bir xalın turnir cədvəlinə ciddi təsiri olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!