"Neftçi" qapıçı axtarışına çıxıb.
Son oyunlarda həm Rza Cəfərov, həm də Emil Balayevin qollarda səhvlərə yol verməsi Yuri Vernidub çərçivə barədə təkrar düşünməyə vadar edib.
Ukraynalı mütəxəssis daha əvvəl Rza Cəfərov və Emil Balayevlə mövsümü başa vurmağa qərar vermişdi.
Amma son oyunlarda buraxılan qollar təcrübəli mütəxəssisin fikrini dəyişdirib.
O, bu barədə istəyini rəhbərliyə çatdırıb.
Artıq bu istiqamətdə axtarışlara start verilib.
Bəzi namizədlərlə ilkin danışıqlar aparılıb.
Qısa müddətdə "ağ qaralar" əcnəbi qapıçı ilə güclənəcək. Ən geci qış fasiləsində biz çərçivədə yeni sima görəcəyik.
XANOĞLAN/ SPORTİNFO.AZ
